Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilən Afaq Məsud (Vəliyeva) ilk açıqlamasını verib.
Qaynar.info AzNews.az-a istinadən xəbər verir ki, “Azərbaycan ədəbiyyatının inkişafı və onun dünyada təbliği çox vacib məsələdir”- deyən Vəliyeva mərkəzlə bağlı gələcək planlarından danışıb.
Onun sözlərinə görə, tərcümə mərkəzi gənc peşəkarlara daha çox üstünlük verəcək: “Mənim bu mərkəzə direktor təyin olunmağım prezident tərəfindən böyük etimaddır. İnanıram ki, bu işi qurmağı bacaracağıq. Çalışacağıq Azərbaycan ədəbiyyat baxımından beynəlxalq müstəvidə yüksək səviyyədə təmsil olunsun. Gələcək planlarımıza gəlincə, əsasən gənclərlə işləməyi nəzərdə tuturuq. Gənclərin tərcümə mərkəzinə cəlb edilməsi müsabiqələr yola ilə olacaq. Tərcümənin sferası o qədər genişdir ki, düşünürəm biz xeyli gənci bu fəaliyyətə cəlb edə biləcəyik. Yetər ki peşəkar olsunlar, öz üzərlərində işləsinlər və dili gözəl bilsinlər. Bizm üçün önəmli şərt budur”.
Afaq Məsud bildirib ki, sərəncam onun üçün gözlənilməz olub: “Neçə illərdir biz bu məsələni qaldırırdıq. İndiyə kimi mərkəz ancaq bədii ədəbiyyatın tərcüməsiylə məşğul olurdu. Dəfələrlə bu barədə məsələ qaldırmışam, müsahibə vermişəm. Çox şükür ki, cənab prezident mənim qaldırdığım məsələylə bağlı sərəncam verdi və bizim üçün bu şəraiti yaratdı”.
Qaynar.info
Şərhlər