Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Rusiya, Fransa və ABŞ münaqişə tərəflərinin danışıqlar prosesi zamanı problemin həlli yolunu tapa bilmədiyinə görə dərin təəssüf hissi keçirirlər.
Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir. Rusiya, ABŞ və Fransa prezidentləri Vladimir Putin, Barak Obama və Fransua Ollandın Dağlıq Qarabağ münaqişəsi barədə birgə bəyanatında bildirilir: "Biz tərəflərin danışıqlar prosesi zamanı qarşılıqlı maraqlara əsaslanan qərar tapmaq əvəzinə, birtərəfli fayda əldə etmək cəhdlərini davam etdirmələrindən dərin təəssüf hissi keçiririk".
Sənəddə vurğulanır: "Əminik ki, hərtərəfli sülh nizamlanmasına aparan balanslaşdırılmış çərçivə razılaşmasının əldə olunmasında sonrakı ləngimə qəbuledilməzdir və Ermənistan və Azərbaycan liderlərini yenilənən enerji ilə əsas diqqəti hələ də açıq qalan məsələlərin həllinə yönəltməyə çağırırıq".
Şərhlər