PSJ heyətinə daha bir ulduz futbolçunu qatmaq isəyir.
Qaynarinfo İspaniya mətbuatına istinadən xəbər verir ki, Paris klubu "Barselona”nın ulduzu Filip Koutinyoya "elçi düşüb”.
İdddialara görə, PSJ Kataloniya klubuna braziliyalı futbolçu üçün 270 milyon avro təklif etmək niyyətindədi. Hazırda fransızlar Kountinyonun özü ilə danışıqlar aparır. Futbolçu ilə razılıq əldə edildikdən sonra kluba təklif göndəriləcək.
"Barselona" Kountinyonu yanvarda "Liverpul"dan 125 milyon avroya alıb. Onun sərbəst qalma maddəsi 400 milyon avrodu. Bu futbolçunu PSJ rəhbərliyinə "Barselona"dan Paris klubuna 222 milyon avroya transfer olunan Neymar məsləhət görüb.
Şərhlər