Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə görüşür.
Qaynarinfo xəbər verir ki, görüşdən əvvəl Ərdoğan açıqlamasında siyasi, iqtisadi və hərbi mövzuların müzakirə ediləcəyini deyib. Görüşün yekununda ortaq mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, Türkiyə prezidentini Rusiya səfərində xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Fateh Dönməz, xəzinə və maliyyə naziri Berat Albayrak, milli müdafiə naziri Hulusi Akar və ticarət naziri Ruhsar Pekcan müşayiət edir.
Gülşən
Şərhlər