Xəbər lenti

Putin RİA “Novosti”ni ləğv etdi
Dünya 12:14 09.12.2013

Putin RİA “Novosti”ni ləğv etdi

Rusiya prezidenti Vladimir Putin RİA “Novosti”nin ləğvi barədə fərman imzalayıb. 

Musavat.com-un Kremlin saytına istinadən verdiyi məlumata görə, agentliyin bazasında “Rossiya seqodnya” (Rusiya bu gün) informasiya agentliyi yaradılıb. 

Dmitri Kiselyov yeni agentliyin baş direktoru təyin edilib. O, tanınmış Rusiya jurnalisti və teleaparıcısıdır.

“Qolos Rossii” büdcə radio yayımı şirkəti də ləğv ediləcək və “Rossiya seqodnya”nın tərkibinə keçiriləcək.

“Rossiya seqodnya” agentliyi RİA “Novosti”nin binasında yerləşəcək.

Fərmana əsasən “Rossiyskaya qazeta”nın redaksiyası yenidən qurulacaq və “Rodina” jurnalı da ona əlavə olunacaq.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->