Rusiya prezidenti Vladimir Putinlə görüşdüyünü iddia edən Hollandiyanın xarici işlər naziri Halbe Zijlstra istefa verib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, xarici işlər naziri, həmçinin Liberal Sağ Partiyanın rəhbəri olan Halbe Putinlə Moskva kənarında görüşdüyünü, onun Ukrayna, Rusiya, Baltik ölkələri, Qazaxıstanı əhatə edən "Böyük Rusiya" planının olduğunu dilə gətirmiş, daha sonra "Volkskrant" qəzetinə yalan danışdığını etiraf etmişdi. O, addımına səbəb kimi informasiya mənbəyini müdafiə etmək istəyini göstərmişdi.
Etirafdan sonra müzakirələrə, hətta ciddi narazılıqlara səbəb olan Zijlstra üzr istəyərək istefa verib və qərarını kral Vilyam Aleksandra təqdim edəcəyini dilə gətirib. Nazir, "Hollandiya şübhələrdən uzaq xarici işlər nazirinə layiqdir. Nazir postuna və siyasi fəaliyyətimə birdəfəlik son verirəm" fikrini açıqlamasına əlavə edib.
Gülşən
Şərhlər