Xəbər lenti

Putinlə Medvedev bikinidə - FOTO
Dünya 17:42 28.08.2013

Putinlə Medvedev bikinidə - FOTO

Sankt-Peterburq polisi şəhərdəki qalereyadan bir rəsmi müsadirə edib.

Azadlıq Radiosunun verdiyi xəbərə görə, şəkildə Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev qadın alt paltarında təsvir edilib.

Qalereyadan bildiriblər ki, polis satirik şəklin qanunları pozduğunu deyib, ancaq dəqiqləşdirmə aparmayıb.

Qalereya işçilərinin dediyinə görə, polislər Rusiya Pravoslav Kilsəsinin başçısının da rəsmini götürüb. Rəsmdə adamın bədəni tatuirovka ilə örtülüb, digər 2 rəsmdə isə millət vəkilləri əks olunub. Həmin millət vəkilləri vaxtilə cinsi azlıqların təbliğatını qadağan edən qanunu dəstəkləyib.

Sözügedən qanuna görə Rusiya liderlərini ittiham edənlər az deyil. Hətta buna görə gələn il baş tutacaq Soçi olimpiadasını boykot etməyə çağıranlar da var.

Qanuna Rusiya Pravoslav Kilsəsi də dəstək verib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->