İdman 20:10 17.10.2020

"Qaalatasaray" və "Fənərbağça"nın futbolçularından Azərbaycana dəstək

"Qalatasaray"ın futbolçusu Arda Turan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək nümayiş etdirib.

Qaynarinfo-nun məlumatına görə, bayrağımızın altında çəkilmiş fotosunu paylaşan 33 yaşlı yarımmüdafiəçi üzərində bu sözləri yazıb: "Bir millət, iki dövlət".



"Fənərbağça"nın futbolçusu Sadık Çiftpınar da sosial şəbəkə hesabında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı paylaşım edib.

27 yaşlı müdafiəçi Azərbaycana dəstək verib. "Rəbbim qardaş ölkə Azərbaycanı və xalqını qorusun", - təcrübəli oyunçu yazıb.