Xəbər lenti

“Qaçmamışam ki?” - Əkrəm Əylisli
Sənət 20:10 14.08.2014

“Qaçmamışam ki?” - Əkrəm Əylisli


Əkrəm Əylisli: “Bronxlarımda, nəfəs yollarımda problem vardı, ayın axırı qayıdacam”

“Bakıdan qıraqdayam, bunu bilirsiniz də. Türkiyəyə getmişəm, qaçmamışam ki? Marmarisə istirahətə gəlmişəm. Bakıda da yalandan yazırlar ki, qaçmışam. Hər şeyin yalanını yazırlar, düzünü yazmazlar”.

Qaynar.info xəbər verir ki, bu sözləri “Yeni Müsavat”a Türkiyədə istirahətdə olan yazıçı Əkrəm Əylisli bildirib.

Ə.Əylisli nə vaxt Bakıya qayıdacağına da aydınlıq gətirib:

“Ayın axırı Bakıya qayıdacağam. Bir az bronxlarımda, nəfəs yollarımda problem vardı. Məsləhət gördülər ki, burda hava yaxşıdır. Ancaq indi çox istidir, Bakıdan da isti. Dedilər ki, buranın havası nəfəs yolları üçün əlverişlidir. İndi bilmək olmaz ki, bronxlarıma xeyri olub, ya yox”.

Ə.Əylisli istirahət və səhhətindəki problemlərə görə yaradıcılıq işlərinə müvəqqəti fasilə verib. Bir həftə əvvəl xəbər portallarında Ə.Əylislinin ölkədən getməsi xəbəri yayılmışdı. Yazıçı Türkiyədə olduğunu təsdiqləmişdi, amma hansı səbəbə getməsinə aydınlıq gətirməmişdi.

Ə.Əylisli “Daş yuxular” əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif etməsi ilə ittiham edilərək, prezidentin 7 fevral 2013-cü il tarixli sərəncamı ilə prezidentin fərdi təqaüdündən və “Xalq yazıçısı” fəxri adından məhrum edilib.

Qaynar.info



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->