Xəbər lenti

Qadın millimizin üzvünə cinayət işi açıldı
İdman 19:02 19.07.2019

Qadın millimizin üzvünə cinayət işi açıldı

Boks üzrə milli komandamızın üzvü Məryəm Cəbrayılova barəsində cinayət işi başlanıb.

Onun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozma) maddəsi ilə ittiham irəli sürülüb.

Belə ki, o, Günay Zeynalovaya qarşı xuliqanlıq edib.

M.Cəbrayılovanın cinayət işinin ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Ağamalı Qafarovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, zərərçəkmiş G.Zeynalova daha əvvəl mətbuata açıqlamasında bildirib ki, avtomobillə Xaqani bağı istiqamətində hərəkət edərkən əks yoldan daxil olan M.Cəbrayılovanın da içərisində olduğu avtomobil onun qarşısını kəsib və yolu bağlayıb.

G.Zeynalova etirazını bildirdikdə isə avtomobildən düşən M.Cəbrayılova ona hücum edib, pəncərədən əlini uzadıb, üzünə yumruq vurub. Hətta yenicə əməliyyat olsa da, onun yarasının üstünə zərbələr endirib.

M.Cəbrayılova açıqlamasında yaşananların G.Zeynalova tərəfindən şişirdildiyini və həmin qadına əl qaldırmadığını deyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->