“Qalatasaray”ın yeni prezidenti məlum oldu (FOTO)

“Qalatasaray”ın yeni prezidenti məlum oldu (FOTO)

Türkiyənin "Qalatasaray" klubunun yeni prezidenti bəlli olub.

Qaynarinfo-nun məlumatına görə, İstanbul təmsilçisinin yeni rəhbəri bu gün keçirilən seçkilərdə müəyyənləşib.

Daha çox səs toplayan Burak Elmas "Qalatasaray”ın prezidenti seçilib. O, digər namizədlər - Yiğit Şardan, Eşref Hamamcıoğlu, İbrahim Özdemir və Metin Öztürkü arxada qoyub.

Qeyd edək ki, "Qalatasaray"a 2018-ci ilin yanvarından rəhbərlik edən Mustafa Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.

X
XƏBƏRLƏR
BLOGLAR