Xəbər lenti

“Qan tökməyin, amandır..!” - Leyla Əliyeva
Sənət 00:14 05.08.2014

“Qan tökməyin, amandır..!” - Leyla Əliyeva

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeiri tərcümə edilib. 

Qaynar.info Modern.az-a istinadən “İnsanlar” adlı şeiri oxuculara təqdim edir:

(Люди) 

İnsanlar! Çox çətindir 

sizi həmişə sevmək. 

Ancaq, hərdən olsa da, 

nə asan nifrət etmək. 

Bir-birinizi sevin 

Sabaha ruhlandırın. 

Kimsəni incitməyin, 

Könlünü sındırmayın.

“Ötən günə gün çatmaz, 

Calasan günü-günə”. 

Siz də heç tələsməyin, 

Üfüqləri yenməyə... – 

Sevinc, kədər, göz yaşı... 

Qan-tərə də batsanız 

Zaman bunu hiss etmir, 

Vecinə də almayır... 

Şadlıq-kədər anlamır, 

Ötür, saymır heç kimi. 

Zaman üçün bir heçdir, 

İnsan tələskənliyi...

Zaman, yaxşı bilirsən, 

Sənə həsəd çəkirəm. 

Sevirəm, qısqanıram – 

Dərindən hiss edirəm. 

Bir səhərlər mənim ol, 

bir də yuxularımda... 

Zəncirləsəm mən səni, 

Çin olar arzular da.

Əbədiyyən sən mənim, 

Olammazsan, bilirəm. 

Onu da bilirsən ki, 

Hamı kimi deyiləm. 

Verərəm nəyim varsa, 

Təki səni ram edim. 

Yandıraram hamını, 

Təki səni əlimdə, 

Əridərək mum edim.

Ağlayıram... amma ki, 

Göz yaşlara xəsisdir. 

Gözdən heç yaş gəlməsin, 

Gəldiyi bəs eyləyir; 

Hər bir damcı göz yaşı 

Kirpiyimdə bir sirdir.

İnsanlar! 

Öldürməyin, 

Qan tökməyin, amandır..! 

Onsuz da zalım əcəl, 

Hər qapını tanıyır... 

Nə olsun, gecə-gündüz, 

dənizlər də can alır.?! – 

Talelər yox edirlər, 

Gəmilər batırırlar... – 

Suya dönür diləklər...

Gecə! 

ehtirasım, hissimsən. 

Səni nə bölüşərəm, 

Nə də ki, itirərəm... 

Mənə ulduz bəxş edən, 

Təkliyimi ram edən, 

Yeganə həmdəmimsən... 

Adamlar bir-birinə 

Küsməsin, darılmasın... 

Ulu Göydən diləyək, 

Günahlar bağışlansın..! 


Mənə elə gəlir ki, 

yuxulara dalanda 

başqa aləm görürəm... 

Üz tutub insanlara 

səslənmək istəyirəm: 

Sevin bir-birinizi... – 

Elə bilin bu şeiri 

Sizə alqış edirəm...


Rus dilindən çevirəni: Mahir Qabiloğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->