ASAN radionun aparıcısı, nitq təlimçisi Cəlalə Nəzəroğluya ağır itki üz verib.
Aparıcının atası dünyasını dəyişib. O, iki gün əvvəl sosial şəbəkədə atasının xəstəxanaya yerləşdirilməsi ilə bağlı paylaşım etmişdi:
"2 il əvvəl atam ağır halda Bakıya gətirilmişdi. Müdaxilədən sonra yaddaşını yoxlamaq üçün həkimlər qardaş-bacılarımı göstərib kim olduqlarını soruşmuşdular. Tanımamışdı. Mənə gec demişdilər. Hövlnak çatıb palataya girdim. Məni görən kimi gülümsədi, titrəyən əlini mənə tərəf uzadıb sevinclə həkimlərə belə dedi: "Bu, mənim qızımdır!" Bu gün isə çata bilmədim. Komaya düşdü. Ona 30 ildir verməyə cəsarət edə bilmədiyim suallarım vardı. Verə bilmədim. Mən Baburdan sonra buna hazır deyiləm...".
Şərhlər