"Qarabağ” Avropa Liqasında növbəti oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin III turunda Ukrayna "Vorskla”sını qəbul edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qola 48-ci dəqiqədə Vladislav Kulaç imza atıb.
Bu, poltavalıların Azərbaycan komandaları ilə ilk dueli olub. "Qarabağ” isə 2014/15 mövsümündə Avropa Liqasında "Dnepr”lə eyni qrupa düşüb. Yarışın gələcək finalçısını səfərdə 1 cavabsız qolla üstələyən "köhlən atlar”, evdə 1:2 hesabı ilə məğlub olublar.
Cari mövsümdə E qrupunda yer alan Ağdam və Poltava təmsilçiləri ilk iki görüşdə yenilib. "Qarabağ” Portuqaliyada "Sportinq”, Bakıda isə İngiltərə "Arsenal”ına uduzmaqla bərabər, qol da vurmayıb. Azərbaycan çempionu səfərdə 2, evdə 3 cavabsız qolla məğlub olub. "Qarabağ" bu oyunda da qol və xal hesabını aça bilməyib. "Vorskla” isə Londonda "topçular”a 2:4 hesabı ilə yenildikdən sonra, doğma meydanda "Sportinq”lə görüşdə qələbə qazanmağa yaxın olsa da, 90+1 və 90+3-cü dəqiqələrdə qol buraxaraq uduzub – 1:2.
Qurbanovun komandası indiyə qədər Avropa Liqasının qrup mərhələsində evdə keçirdiyi 11 oyundan 2-də qalib gəldiyi halda, 5-də uduzub. Ağdamlılar Bakıdakı son 9 avrokubok matçından 2-də qalib gəlib. Üstəlik, son 6 ev oyununda qələbə qazanmayıb. Bunlardan 4-də uduzan "Qarabağ”, ötən mövsüm Çempionlar Liqasında İspaniya "Atletiko”su ilə qolsuz bərabərə qalıb.
Avropa Liqası
Qrup mərhələsi
III tur, E qrupu
25 oktyabr
Qarabağ (Azərbaycan) - Vorskla (Ukrayna) 0:1
Qol: Vladislav Kulaç, 48.
Qarabağ: 13. Vagner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev (19. Filip Ozobiç, 59), 7. İnnosent Emeqara (11. Mahir Mədətov, 58), 8. Miçel, 9. Аraz Abdullayev (28. Con Delarj, 69), 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 52. Yakub Jezniçak, 77. Donald Gerye.
Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Vorskla: 1. Boqdan Şust, 4. İqor Perduta, 5. Nacib Yakubu (14. Nikolas Kareka, 46), 6. Aleksandr Sklyar, 10. Vladislav Kulaç (9. Mixail Serqiyçuk, 77//33. Aleksandr Çijov, 90+2), 11. Vyaçeslav Şarpar, 17. Vladimir Çesnakov, 23. Vadim Sapay, 26. Yuri Kolomoeç, 44. Ardin Dalku, 82. Pavel Rebenok.
Ehtiyat oyunçular: 21. Aleksandr Tkaçenko, 8. Artem Qabelok, 13. Maryan Mısik, 19. Vladimir Odaryuk.
Baş məşqçi: Vasili Saçko.
Sarı vərəqələr: Abdullah Zubir, 64 - Vladislav Kulaç, 4. İqor Perduta, 41. Ardin Dalku, 79.
Hakimlər: Roy Raynşrayber, Danni Krasiku, David Elias Bitton, Amihay Yehoşua Mozes (İsrail).
Əlavə köməkçi hakimlər: Alon Yefet, Daniel Bar Natan (İsrail).
Hakim-inspektor: Sergey Zuyev (Rusiya).
UEFA nümayəndəsi: Kazimirj Olesjek (Polşa).
Bakı Olimpiya Stadionu.
1. |
Arsenal |
3 |
3 |
0 |
0 |
8:2 |
9 |
2. |
Sportinq |
3 |
2 |
0 |
1 |
4:2 |
6 |
3. |
Vorskla |
3 |
1 |
0 |
2 |
4:6 |
3 |
4. |
Qarabağ |
3 |
0 |
0 |
3 |
0:6 |
0 |
Şərhlər