"Qarabağ” Avropa Liqasının qrup mərhələsinin V turunun "Sportinq”lə oyun öncəsi azarkeşlərinə müraciət edib.
Qaynarinfo klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, müraciətdə matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunun qapılarının 3 saat əvvəldən (saat 18:55) açılacağı, ictimai dayanacaqların azarkeşlərin xidmətində olacağı və oyun gec başa çatacağından "Koroğlu” metrostansiyasının daha gec – 01:00-da bağlanacağı bildirilib.
Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ” – "Sportinq” oyunu saat 21:55-də başlayacaq.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər