İdman 13:57 10.12.2019

“Qarabağ” - “Düdelanj” oyununa hakim təyinatı

UEFA Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində Bakıda keçiriləcək "Qarabağ” - "Düdelanj” oyununun hakimləri açıqlanıb.

Qaynarinfo xəbər verir ki, matçı Estoniyadan olan hakimlər briqadası idarə edəcək.
 
Oyunun baş hakim Kristo Tohver olacaq. Silver Koiv və Sten Klaasen yan xətt hakimi qismində təyinat alıblar. Juri Frişer isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 21:55-da start götürəcək.