"Qarabağ”ın heyətinə qatmaq istədiyi Zimbabve millisinin üzvü Xama Billiata təklif etdiyi maaşın məbləği açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Zimbabve mətbuatı məlumat yayıb.
İdddia olunur ki, "Qarabağ" 27 yaşlı futbolçuya illik 400 min avro təklif edir. Onun çıxış etdiyi CAR-ın "Mamelodi Sandaunz”la müqaviləsi bu ayın sonu başa çatır. Bundan sonra o, azad agent kimi istədiyi komandanı seçə biləcək. O, hələlik gələcək karyerası ilə bağlı qəti qərar verməyib.
Şərhlər