Xəbər lenti

İdman 21:47 03.02.2019

"Qarabağ" - "Neftçi": baş məşqçilər nə dedi?

Azərbaycan Premyer Liqasının XV turunun "Qarabağ" - "Neftçi" oyunundan (1:1) sonra baş məşqçilər fikirlərini bildirib.

Qaynarinfo onların açıqlamalarını təqdim edir:

Roberto Bordin ("Neftçi"nin baş məşqçisi): "Əlbəttə, oyuna yaxşı başlamadıq. Sonradan özümüzə gəldik, yaxşı hücumlar qurmğa başladıq. Yaxşı məqamda qırmızı vərəqə aldıq. Buna baxmayaraq, nəticəni qoruyub saxlaya bildik, bu münasibətlə futbolçularımızı təbrik edirəm. Azlıqda oynamağımıza görə deyə bilərəm ki, uğurlu nəticədi. Qırmızı vərəqəyədək isə komandamız əla oyun nümayiş etdirdi. Azlıqda qalandan sonra əks-hücumlara bel bağlaya bilərdik. Son olaraq, azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Sonadək bizi dəstəklədilər. Sanki evdə oynayırdıq. Növbəti matçlarda da onları gözləyirik".

Qurban Qurbanov ("Qatabağ"ın baş məşqçisi): "Maraqlı oyun alındı. Bu matçı əsl derbi adlandırardım. Hər iki komanda qalib gəlmək istəyirdi. Bugünkü oyunu daha da gözəlləşdirən isə azarkeşlər oldu. Həm "Neftçi”, həm də "Qarabağ” azarkeşləri yaxşı dəstəklərini nümayiş etdirdilər. Futbolçulara təşəkkür edirəm. Layiqli mübarizə apardılar. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Çatışmazlıqlarlarımız var. Amma xeyli düşünülmüş hücumlar qurduq. 2-3 turdan sonra daha mobil komanda olacağıq. Ümumiyyətlə, hər bir futbolçudan razı qaldım. Nəticə normaldır. 3 xal geridəyik. Qalib gəlsəydik, daha yaxşı olardı. Qarşıdakı matçlara ciddi hazırlaşmalıyıq. Rəqibin fikrini normal qəbul etmək lazımdı ki, 3 xallıq fərqi qoruya bildilər".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->