"Qarabağ" "Sumqayıt"a qalib gəldi

Azərbaycan Premyer Liqasında XVIII turun son oyunu keçirilib.

Qaynarinfo-nun reoprt-a istinadən məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 49-cu dəqiqədə Mahir Emreli vurub.

Bu qələbə sayəsində xalını 41-ə çatdıran lider "Qarabağ" yenidən ən yaxın izləyicisi "Neftçi"ni 8 xal geridə qoyub. "Sumqayıt" isə 22 xalla 4-cüdür.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "Qəbələ"ni 2:0, "Keşlə" evdə "Zirə"ni 4:0 hesabı ilə yenib, "Sabah" - "Səbail" matçında isə qalib müəyyənləşməyib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image