Bu gün Azərbaycanın daha iki klubu UEFA Konfrans Liqasında mübarizəyə başlayacaq.
Qaynarinfo xəbər verir ki, ötən mövsümün gümüş mükafatçısı "Qarabağ" Bakıda İsrailin "Aşdod" komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. Matçın baş hakimi ukraynalı Sergey Boyko olacaq. Matç azarkeşlərin iştirakı ilə oynanılacaq. Görüşə 7 mindən çox bilet satılıb. Oyuna arenanın ümumi tutumunun 50 faizi qədər - 15 min bilet ayrılıb.
Ötən mövsüm Azərbaycan Kubokunun qalibi olmuş "Keşlə" isə Rusiyada "Soçi"nin qonağı olacaq. "Fişt" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü albaniyalı hakim Enea Yorci idarə edəcək. Qarşılaşmaya az sayda azarkeş buraxılacaq.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyun
22 iyul
20.00 Qarabağ (Azərbaycan) - Aşdod (İsrail)
Baş hakim: Sergey Boyko (Ukrayna).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
20.00 Soçi (Rusiya) - Keşlə (Azərbaycan)
Baş hakim: Enea Yorci (Albaniya).
Soçi. "Fişt" stadionu.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunları bir həftə sonra gerçəkləşəcək.
Şərhlər