İdman 15:33 20.07.2019

"Qarabağ" yeni transferlərini sifariş etdi (SİYAHI)

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində "Dundalk"la (İrlandiya) oyunlar üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib.

Qaynarinfo xəbər verir ki, baş məşqçi Qurban Qurbanov 25 futbolçu sifariş edib. Onlardan 4-ü qapıçı, 7-si müdafiəçi, 12-si yarımmüdafiəçi və 2-si hücumçudu.

Yeni transferlər - Rerrars FaysalMaqaye Qeyenin də adı siyahıya salınıb. Bundan başqa Aylton Silvanın da cəzası bitib və İrlandiya klubuna qarşı oyuna hazırd.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Vaqner da Silva, Nicat Mehbalıyev, Məmməd Hüseynov
Müdafiəçilər: Aylton Silva, Rahil Məmmədov, Maksim Medveyev, Rəşad Sadıqov, Abbas Hüseynov, Bədavi Hüseynov, Rerrars Faysal
Yarımmmüdafiəçilər: Qara Qarayev, Simeon Slavçev, Araz Abdullayev, Miçel, Xayme Romero, Dani Kintana, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Riçard Almeyda, Hacıağa Hacılı, Tural Bayramov
Hücumçular: Mahir Əmrəli, Maqaye Qeye

Qeyd edək ki, "Dundalk" - "Qarabağ" görüşü iyulun 24-ü Bakı vaxtı ilə saat 22.45-də başlayacaq. Bu komandalar arasında cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək.