Video 20:45 29.10.2020

Qarabağa İstanbulda möhtəşəm qarşılama: "Türkiyə sizinlə qürur duyur" (VİDEO)

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İstanbulda İspaniya "Vilyareal”ı ilə qarşılaşacaq "Qarabağ” komandası qardaş ölkə azarkeşləri tərəfindən məşəllərlə qarşılanıb.

Bu barədə "TRT Spor” telekanalının "Twitter” hesabından paylaşım edilib.

Azarkeşlər komandamızın futbolçularının ünvanına "Türkiyə sizinlə qürur duyur” şüarını səsləndiriblər. Həmçinin stadiona gedən yolda Türkiyə və Azərbaycan bayraqları asılıb.