"Qarabağ"dan azarkeşlərə böyük jest

"Qarabağ" futbol klubu tədqirəlayiq addım atıb.

Qaynarinfo xəbər verir ki, klub rəhbərliyi ötən gün "Düdelanj"la Avropa Liqasının qrup mərhələsinin son oyununa bilet almış azarkeşlərinə jest edib.

Bu barədə klubun sosial media hesablarından yayımlanan açıqqlamada deyilir. Bildirilir ki, ötən gün baş tutan oyuna bilet almış bütün azarkeşlərə növbəti avrokubok oyunu üçün pulsuz bilet hədiyyə olunur:

"Nəticə gözləmədən, saat fikirləşmədən "Qarabağ"ımızın yanında oldunuz və növbəti avrokubok oyunumuza bilet bizdən hədiyyə! Belə ki, oyunu izləyən azarkeşlərimiz bugündən etibarən öz bilet və şəxsiyyət vəsiqəsi ilə iticket satış məntəqələrinə yaxınlaşaraq növbəti avrokubok oyunumuza dünənki yerə pulsuz şəkildə bilet əldə edə bilər".

Qeyd edək ki, yalnız ödənişli biletlər nəzərə alınacaq.


Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR