"Qarabağ"dan növbəti qələbə (VİDEO)

Azərbaycan Premyer Liqasında XI turun oyunları keçirilir. "Qaynarinfo" xəbər verir ki, "Qarabağ" bu turda "Kəpəz"in qonağı olub.

Gəncədə keçirilən oyunda iki qol vurulub və qonaqlar qələbə qazanıb - 2:0. "Qarabağ"ın qollarına Elvin Yunuszadə və Miçel Madera imza atıb.

Bu qələbədən sonra "Qarabağ" xal hesabını 25-ə yüksəldib və yenidən vahid lider olub. Ağdam klubunun ehtiyatda bir oyunu var. "Kəpəz" isə 11 oyundan sonra 7 xalla son pillədə qərarlaşıb.

 
Qaynarinfo.Az

Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR