Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik Rayon Şöbəsində müfəttiş vəzifəsində işləyən Bulud Əliyev işdən çıxarıldığına görə məhkəməyə müraciət edib.
Qaynarinfo-nun məlumatına görə, Qarabağ əlili olan Bulud Əliyev işdən çıxarılmasını qanunsuz hesab edir.
Bu baxımdan, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini məhkəməyə verib.
Onun iddia tələbi işə bərpa olunması ilə bağlıdır. Bulud Əliyevin iddiasına Səbail Rayon Məhkəməsində baxılacaq.
Qarabağ veteranı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Facebook” səhifəsinə qurumun Lerik Rayon Şöbəsinin keçmiş rəisi Anar Həsənov tərəfindən qanunsuz olaraq işdən çıxarıldığını bildirib: "Mən 17 il idi ki, Lerik Rayon Şöbəsində əvvəl huquqsunas, sonra isə çağırış bölməsində müfəttiş vəzifəsində isləmişəm. Məhz polkovnik Arif Həsənovon mənim barəmdə saxta xasiyyətnamə verərək qanunsuz olaraq işdən çıxartdırdı. Mən Birinci Qarabağ muharibəsi əliliyəm. Ali təhsilli hüqüqşunasam. Amma polkovnik Arif Həsənov bir gün də olsun belə, hərbi xidmətdə olmayıb”.
Arif Həsənov hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi vəzifəsində işləyib.
Seyid
Şərhlər