İdman 18:34 20.10.2021

"Qarabağ"ın futbolçusu: "Hər oyunda effektiv olmağa çalışıram"

"Bizim üçün önəmli oyundur. Matça hazır olduğumuzu düşünürəm"
 
Qaynarinfo xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Abdullah Zubir deyib. Yarımmüdafiəçi UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Kayrat"la oyundan öncə mətbuat konfransında fikirlərini bildirib:

"Bizim üçün önəmli oyundur. Matça hazır olduğumuzu düşünürəm. Qrupa yaxşı başlamışıq. Evdə nəticə qazanmaq istəyirik. Rəqib yaxşı kollektivdir, amma istənilən halda doğma meydanda oynayırıq və yaxşı nəticəyə köklənmişik. Hər oyunda effektiv olmağa çalışıram. Sabah da belə olacaq. Çalışacağam ki, komandaya kömək edim. Əlimdən gələni edirəm ki, komandaya xeyirim dəysin".
 
Səbuhi Həsənov