İdman 11:56 21.09.2021

"Qarabağ"ın futbolçusunun ən çox məyus etdiyi klub müəyyənləşdi

"Qarabağ"ın və millimizin üzvü Filip Ozobiç Azərbaycan Premyer Liqasında 40-cı qolunu vurub. 

Qaynarinfo PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, IV turun "Qarabağ” – "Sumqayıt” matçına təsadüf edib. Dubla imza atan yarımmüdafiəçi Ağdam klubuna 2:0 hesablı qələbə qazandırıb. O, ölkə çempionatlarının 29 illik tarixində 40 və daha çox qol vuran 61-ci futbolçudur.

40-cı qola 101-ci oyununda imza atan futbolçunun orta məhsuldarlığı 0,396-dır.

İlk qol: "Neftçi” – "Qəbələ” – 0:8 (10.09.2016)

"Qarabağ”da ilk qol: "Qarabağ” – "Sumqayıt” – 1:0 (14.09.2018)
Heyətində qol vurduğu klublar: "Qarabağ” – 24, "Qəbələ” – 16
Qol vurduğu mövsümlər: 2016/17 – 11, 2017/18 – 5, 2018/19 – 9, 2019/20 – 1, 2020/21 – 11, 2021/22 – 3
Qapısına qol vurduğu rəqiblərin "lideri” dəyişdi: "Sumqayıt” – 8, "Keşlə” – 7, "Qəbələ” – 5, "Neftçi”, "Zirə” – 4, AZAL, "Qarabağ”, "Kəpəz” – 3, "Sabah” – 2, "Səbail” – 1.
Filip evdə daha çox qol vurub: evdə - 24, səfərdə - 16
Ozobiç 33 oyunda qol vurub: het-trik – 1, dubl – 5, bir qol – 27

Səbuhi Həsənov