"Biz Bakıdakı matça ciddi hazırlaşacağıq. "Qarabağ”la səfərdəki görüş mənim məşqçilik karyeramda ən çətin oyun, qarşımda duran ən ağır vəzifə olacaq. Təsəvvür edirəm ki, stadionda 30-35 min azarkeş olacaq. Bu, həqiqətən qisas oyunu kimi bir matç olacaq. Rəqib bizim qanımızı içmək istəyəcək”.
Qaynainfo xəbər verir ki, bu sözləri Avropa Liqasının pley-off mərhələsində "Qarabağ”ın rəqibi olan "Linfild”in baş məşqçisi Devid Hili deyib.
Mütəxəssis bildirib ki, cavab matçında uğur qazanmaq komandasınn əsas məqsədidi: "Bilirik ki, nəyə görə oynayacağıq. Ümid edirəm, istədiyimiz nəticəni qazanacağıq. Amma "Qarabağ”dan gözlənti çoxdur və onlar matçın favoriti olacaqlar”.
Qeyd edək ki, ki, "Linfild” ilk matçda "Qarabağ”a 3:2 hesabı ilə qalib gəlib. Bu komandaların təkrar qarşılaşması avqustun 29-u Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
Şərhlər