İdman 11:48 08.06.2013

Qaret Beyl 90 milyona "Real"da

Qaret Beyl “Real” klubu ilə müqavilə bağlayıb. 

ANS PRESS-in verdiyi xəbərə görə, bu varədə FİFA agenti Fransua Qalyardo məlumat verib.

Onun sözlərinə görə, “Real” “Tottenhem”in yarımmüdafiəçisini 90 milyon avroya transfer edib. Transfer bu həftə edilsə də, kluba yeni məşqçi gəlmədiyinə görə, hələ elan edilməyib. 

Qalyaro İspaniyada yerli radioların birində qonaq olarkən canlı efirdə bunları səsləndirib: “Bu informasiya məndə var. Sizi əmin edirəm ki, Beyl artıq “Real”ın oyunçusudur”.

Daha əvvəl isə “Real” klubu Beylə görə 60 milyon avro ödəməyə hazır olduğunu bildirmişdi.

Xatırladaq ki, Beyl ingitərə çempionatında 33 oyun keçirib və 21 qol vurub. O, həmçinin 6 səmərəli ötürməsi ilə də yadda qalıb.

Qaynar.info