Qazax Dövlət Dram Teatrı Şəbnəm Xeyrullanın "Arqon” mono-dramı ilə 88-ci teatr mövsümünü başa vurub.
Qaynarinfo-nun məlumatına görə, psevdosuisidal hoqqa janrlı səhnə əsərində Arqon obrazını bu dəfə teatrın aktyoru Vüsal Hüseynov canlandırıb. Tamaşanın quruluşçu rejissoru, musiqi tərtibatçısı Allahverdi Musayev, rəssamı Aysan Omarovadır.
Tamaşanı izləyənlər arasında Qazax və ətraf rayonlardan olan ziyalılar və teatrsevərlər olub.
Qeyd edək ki, Şəbnəm Xeyrullanın "Arqon” pyesi 2024-cü ildə baş tutmuş CHARACTERS Müasir Dramaturgiya Festivalının qalibi olub.
Şərhlər