Xəbər lenti

Qazaxda çay daşdı: Torpaq sahələri və kafelər suyun altında qaldı (FOTO/YENİLƏNİB)
Ölkə 13:00 26.05.2024

Qazaxda çay daşdı: Torpaq sahələri və kafelər suyun altında qaldı (FOTO/YENİLƏNİB)

Son günlər yağış yağışlardan sonra Qazaxda çay daşıb, kəndin ərazisi sel suları basıb.

APA-nın məlumatına görə, Xram çayının daşması nəticəsində rayonun İknci Şıxlı kəndində bir neçə kafe, torpaq sahələri suyun alıtnda qalıb.

Bundan başqa, Qazax şəhərinin mərkəzi hissəsindən keçən Ağstafa çayın daşması nəticəsində mal bazarının ərazisini su basıb. Hazırda təbii fəlakətin vurduğu ziyanın həcmi hesablanır.

Bölgədə isə qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.
 
13.00

Qazaxda güclü yağışlardan sonra çaylar daşıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, Ağstafaçayda suyun səviyyəsinin qalxması nəticəsində Qazaxın "mal bazarı" adlanan ərazisini su basıb.

Həmçinin Gürcüstan ərazisində də yağan leysan yağışlar nəticəsində Xramçay da daşıb, İkinci Şıxlı kəndində meşəlik ərazi su altında qalıb.

Hazırda aidiyyəti qurumların əməkdaşları və texnikalar əraziyə cəlb olunub, yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->