Qazaxıstan hakimiyyəti respublikada epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar iyulun 4-dən 14 gün ərzində əlavə karantin tədbirləri tətbiq etmək qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin saytında məlumat verilib.
Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar baş nazir Əsgər Maminin başçılıq etdiyi dövlət komissiyasının iclasında qəbul edilib. Karantin dövründə ölkədə bölgələr arasında avtobus xidmətinə məhdudiyyət qoyulacaq, əyləncə, idman və digər ictimai tədbirlər, həmçinin ailə və anım tədbirləri qadağan ediləcək.
Ölkə sakinlərinin küçə, park və meydanlar boyunca hərəkətinə məhdudiyyət qoyulur, üçdən çox adamın qrup halında toplaşması qadağandır. 65 yaşdan yuxarı şəxslərin hərəkəti də məhduddur.
Eyni zamanda mədəniyyət və əyləncə müəssisələri, gözəllik salonları, idman salonları, bərbərlər, hovuzlar işləyəcək.
Alpər
Şərhlər