Hadisə Qəbələdə "Toyota" markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində baş verib.
Qaynarinfo ARB-yə istinadən xəbər verir ki, noyabrın 15-də saat 1 radələrində Qəbələ şəhəri ərazisində Zarağan kənd sakini 66 yaşlı Rafiq Məmmədov idarə etdiyi "Toyota Prado” markalı avomobili yolun kənarındakı ağaca vurub.
Nəticədə sərnişini, Qəbələ şəhər sakini 44 yaşlı Teymur Musayev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
FHN-in məlumatına görə, hadisə yerinə cəlb olunmuş Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxışıb qalan Teymur Musayevin meyitini nəqliyyat vasitəsindən çıxarıblar.
"Qəbələ" futbol klubundan verilən məlumata görə, qəzada həlak olan Teymur Musayev "Qəbələ" futbol akademiyasının məşqçisi olub. Teymur Musayev ailəli idi, iki oğlu və bir qızı var. Sürücü Rafiq Məmmədovun vəziyyəti isə ağır qiymətləndirilir. Onun müalicəsi Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir.
Şərhlər