Xəbər lenti

İdman 19:16 14.01.2022

"Qəbələ"nin yeni futbolçusu koronavirusa yoluxdu

"Qəbələ”nin yeni futbolçusu Patrik Robson Alfineto koronavirusa yoluxub.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun baş meneceri Nail Kərimov jurnalistlərə açıqlamasında bildirib. O, məhz bu səbəbdən futbolçunun klubun Antalyadakı təlim-məşq toplanışına gec qoşulacağını söyləyib. 

Klub rəsmisi 24 yaşlı braziliyalı hücumçunun testinin pozitiv çıxdığını bildirib. Kərimovun sözlərinə görə, Robson Türkiyənin Antalya şəhərindəki toplanışna məhz bu səbəbdən gec qoşulacaq.
 
O, həmçinin "Səbail”in müdafiəçisi Turan Manafova təklif göndərdiklərini və cavab gözlədiklərini deyib. Klub rəsmisi zədəli Ürfan Abbasovun durumu ilə bağlı danışarkən onun hələ müalicə aldığını, ehtiyac yaranacağı təqdirdə əməliyyat ediləcəyini bildirib.

Yanvarın 15-də Antalyaya yollanacaq əlayət təmsilçisi ayın 25-ə qədər qonşu ölkədə hazırlıq keçəcək. Elmar Baxşıyevin komandası ayın 18-də "Zaqlembe" (Polşa), 21-də "Borets" (Şimali Makedoniya) və 24-də "Bohemians"la (Çexiya) üz-üzə gələcək.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->