Xəbər lenti

Siyasət 15:57 17.06.2021

"Qərbin yerini Türkiyə tutub..." - Politoloq

"Rusiya sülhməramlıları Qarabağda olduğu müddətdə biz Xankəndi, Xocalı, Ağdərə, Xocavəndi görə bilməyəcəyik”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımlı deyib. Onun fikrincə, nə qədər ki, Vladimir Putin və indiki Rusiya elitası hakimiyyətdədir, bizim Xankəndinə gedib yerləşməyimiz mümkünsüz görünür:

"Müqaviləyə əsasən, Rusiya 5 il orada qalacaq. Düzdür, həyatda çox şeylər olur. Rusiyanın özündə müəyyən proseslər baş verə bilər. Məsələn, Putin gedə də bilər”.

Politoloq qeyd edib ki, Azərbaycan hakimiyyəti 30 ilə yaxındır balanslaşdırılmış siyasət həyata keçirir:

"Öncə bu siyasət Qərblə Rusiya arasında qurmuşdusa, indi Türkiyə və Rusiya arasında balans qurmağa çalışırlar. İndi kim desə ki, Azərbaycan tam olaraq Rusiyanın deyil, Türkiyənin tərəfinə keçib, mən bununla razı deyiləm. Hesab edirəm ki, tam balanslı siyasət yürüdülür, sadəcə Qərbin yerini Türkiyə tutub. Şuşa bəyannaməsi imzalanıb. Oradakı maddələrə uyğun olaraq elə addımlar atılsa, Azərbaycanla Türkiyə daha da yaxınlaşaçaq, daha da strateji patnyora çevriləcək”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?