Qış fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-nın sorğusuna verilən cavaba görə, qış fəsli Azərbaycana dekabrın 22-si saat 08:19 dəqiqədə daxil olacaq.
Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin an üfüqdən minimum hündürlükdə olur. Həmin gün ən qısa gündüz, ən uzun gecə qeydə alınır.
Şərhlər