Xəbər lenti

Qızılın qiyməti rekord həddə çatdı
Ekonomiks 12:29 24.08.2013

Qızılın qiyməti rekord həddə çatdı

Son 11 həftə ərzində dünya bazarında qızılın qiyməti 1 400 dollar/tr. unsiyası həddindən yuxarı qalxıb.

«APA-Economics»in məlumatına görə, avqustun 23-də dünyanın ən böyük qızıl birjasında bu qiymətli metalın bir unsiyasının qiyməti 1400,04 dollara çatıb.

Belə ki, bu ilin iyun ayından sonra qızılın qiyməti bu qədər olmamışdı. Eyni zamanda, hərraclarda platinin qiyməti də 4 aylıq maksimuma çatıb.

Ekspertlərin fikrincə, qiymətli metallara olan tələbat ABŞ-ın Federal Ehtiyat Sisteminin sentyabr ayından etibarən ölkə iqtisadiyyatının stimullaşdırılması məqsədilə monetar proqramının həcminin azaldılması ilə bağlı yayılan informasiyalar fonunda artıb. Hazırda Federal Ehtiyat Sistemi hər ay səhm təminatı olmayan dövlət istiqraz bazarının və ipoteka kağızlarının dəstəklənməsi üçün 85 mlrd. dollar vəsait ayırır.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->