Cənubi Koreyada 120-dən artıq keçmiş fahişə dövlətdən kompensasiya tələb edirlər. ANS PRESS-in məlumatına görə, onların hər biri ölkə hakimiyyətindən 10 min dollar məbləğində pul istəyir.
Seks-industriya işçiləri düşünürlər ki, hakimiyyət 1970-ci illərdə onları amerikalı əskərlərə intim xidmətlər göstərməyə sürüklədiyi üçün onlara kompensasiya ödəməlidir.
Onlardan bəziləri hesab edirlər ki, xarici hərbi bazanın yaxınlığındakı fahişəxanalar dövlətə sərf edirdi, çünki o vaxtlar Cənubi Koreya əcnəbi valyutadan asılı idi.
Artıq qocalmış fahişələr öz iddialarını belə əsaslandırırlar ki, dövlət o dövrdə müntəzəm olaraq onları cinsi xəstəliklərin olub-olmaması ilə bağlı tibbi müayinələrdən keçirirdi, eləcə də ingilis dili və qərb etiketi kursları təşkil edirdi. Yəni hakimiyyət bilavasitə fahişəliyə və amerikalı əsgərlərə intim xidmətin yüksək səviyyədə olmasına şərait yaradırdı.
Brukinq institunun professoru Keti Munun fikrincə, 1970-ci illərdə bəzi yerli məmurlar fahişələri amerikalı hərbçilərdə işləmək üçün dilə tuturdu. "Onların tapşırığı amerikalı zabitlərlərin əhval-ruhiyyəsini yüksəltmək idi. Çünki o zamanlar Amerika hərb qüvvələrinin ölkədən çıxarılma qorxusu vardı." - deyə Mun fikrini əsaslandırır.
Ölkədə iqtisadi vəziyyət yaxşılaşdıqca koreyalı qadınlar daha az fahişəliklə məşğul olmağa başlayıblar.
"My Sister`s Place" hüquq müdafiəsi təşkilatının hüsablamalarına görə, Cənubi Koreya 1970-ci illərdə amerikalı əsgərlərdən milyard dollar qazanıb. Bu da ölkənin həmin illərdə gəlirlərinin 1 %-i deməkdir.
Qeyd edək ki, 2004-cü ildən Cənubi Koreyada fahişəlik qadağan edilib.
Qaynar.info
Şərhlər