Xəbər lenti

Dünyanın ən gözəl qızı evləndi (FOTO)
Foto 19:15 29.06.2026

Dünyanın ən gözəl qızı evləndi (FOTO)

Fransız model Tilan Blondo, nişanlandığını açıqladıqdan cəmi üç ay sonra sevgilisi Ben Atal ilə Parisdə evlənib.

Qaynarinfo xəbər verir ki, uşaqlıqdan model kimi kəşf edilən və dünyanın aparıcı moda evləri ilə əməkdaşlıq edən, jurnal üz qabıqlarında yer alan Tilan Blondo uzun illər "dünyanın ən gözəl qızı” kimi tanınıb.

25 yaşlı fransız model 29 yaşlı Parisli DJ Ben Atal ilə mərasimdə pelerin tipli detallarla işlənmiş ağ gəlinlikdə görünüb. O, qəhvəyi saçlarını səliqəli şəkildə yığıb və görünüşünü təbii makiyajla tamamlayıb.

Cütlük mərasimdən sonra qonaqların onları çöldə yola saldığı anda üstüaçıq Porsche avtomobili ilə ərazidən ayrılıb.

Blondo və Atal daha əvvəl Yunanıstana romantik səfər zamanı nişanlanmışdılar.

Model uşaqlıqdan moda dünyasında fəaliyyət göstərir. Məşhur futbolçu Patrik Blondonun qızı olan Tilan Blondo cəmi 4 yaşında Jean Paul Gaultier defilesində podiuma çıxıb, 10 yaşında isə "Vogue Paris” üçün poz verən ən gənc modellərdən biri olub.

2006-cı ildə "Vogue Enfants” tərəfindən "dünyanın ən gözəl qızı” adlandırıldıqdan sonra geniş şöhrət qazanıb. Lakin həmin dövrdə çəkilişlərin uşaqlığın erkən yaşda seksualizasiya olunması ilə bağlı tənqidlərə səbəb olduğu da qeyd edilir.

Anası, dizayner Veronika Lübri daha sonra müsahibələrində həmin çəkilişi müdafiə edib.

Tilan Blondo 2018-ci ildə verdiyi açıqlamada bu etiketdən uzaqlaşdığını bildirərək: "Mən sadəcə insanam, gəncəm”.

Moda karyerası ərzində "Dolce & Gabbana” üçün podiuma çıxıb, "L’Oréal” brendinin siması olub və müxtəlif beynəlxalq kampaniyalarda iştirak edib. O, həmçinin öz geyim və kosmetika markasını yaradaraq biznes fəaliyyətinə də başlayıb.

Aydın
--> -->