Xəbər lenti

Almaniya sənayesi 2026-cı ildə 100 minədək iş yerini itirə bilər
Dünya 22:35 29.06.2026

Almaniya sənayesi 2026-cı ildə 100 minədək iş yerini itirə bilər

Almaniya sənayesi 2026-cı ildə 100 minə qədər iş yerini itirə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Handelsblatt” qəzeti konsaltinq şirkəti "Horvath” ilə birgə aparılan araşdırmaya istinadən xəbər verir.

Sorğunun nəticələrinə görə, min şirkət arasında keçirilən araşdırmada müəssisələrin 60 faizi 2030-cu ilə qədər istehsalı xaricə köçürməyi planlaşdırır. Bu siyahıya avtomobil sənayesi, maşınqayırma və tikinti sektoru kimi əsas sahələr daxildir.

Eyni zamanda, sorğuda iştirak edən şirkətlərin yalnız 16 faizi işçi sayını artırmağı planlaşdırır.

"Almaniyanın ixracatçı ölkə modeli onilliklər boyu uğurlu olub. İndi isə bu modelin sonu çatır”, – deyə "Horvath” şirkətinin partnyoru Ralf Sauter bildirib.

Onun sözlərinə görə, hazırda istehsal, elmi tədqiqatlar və inkişaf işləri getdikcə bir mərkəzdə cəmlənmir, qlobal şəkildə bölünür. Almaniya şirkətləri yeni iş yerlərini Hindistan, Çin, Asiyanın digər ölkələri və Şimali Amerikada yaratmağı planlaşdırır.

Bundan əvvəl Almaniyanın ağır sənaye sahəsində işəgötürənlər birliyi "Gesamtmetall” 2026-cı ildə əlavə ixtisarların olacağını açıqlamışdı. Təşkilatın idarəedici direktoru Oliver Zanderin sözlərinə görə, Almaniya sənayesi hər ay təxminən 10 min iş yerini itirir.

Aydın
--> -->