Çempionlar Liqasında "Liverpul"un səfərədə "Atletiko"nu 3:2 hesabı ilə məğlub etdiyi oyunda meydan sahiblərinin futbolçusu Antoin Qrizman tarixə düşüb.
Qaynarinfo xəbər verir ki, oyunda iki qola imza atan Fransa millisinin üzvü 52-ci dəqiqədə Frminiyoya qarşı sərt oynadığı üçün qırmızı vərəqə ilə meydandan qovulub.
UEFA-nın saytında yer alan məlumata görə Qrizman bununla da anti-rekorda imza atıb. O, bir Çempionlar Liqası matçında iki qol vurub qırımızı vərəqə görən ilk futtbolçu olub.
İkinci hissənin əvvəllərində 10 nəfərlə qalan "Atletiko" daha bir qol buraxıb və 90 dəqiqənin sonunda meydançanı məğlub ərk edib.
Səbuhi Həsənov
Şərhlər