Tanınmış iqtisadçı alim Qubad İbadoğlu özünün Facebook səhifəsində maraqlı bir status paylaşıb.
Qaynar.info ifşa kimi statusu təqdim edir:
"Tabeliyindəki Dəniz Nəqliyyat Donanması, Xəzər Dəniz Neft Donanması, "Bibiheybət" Gəmi Təmiri Zavodu, "Zığ" Gəmi Təmiri Zavodu, İstehsalat Xidmətləri İdarəsi və Sosial İnkişaf İdarəsi, eləcə də Türkiyə, Rusiya, Qazaxıstan, İran, Türkmənistan və Ukraynadakı nümayəndəliklərə və 383 milyon 420 min 621 manat nizamnamə kapitalına malik olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ötən il dövlət büdcəsinə cəmisi 100 min manat vergi ödəyib. Bu, o deməkdir ki, şirkət hər ay dövlət büdcəsinə orta hesabla 8333 manat, təxminən 3-4 kiçik müəssisənin ödədiyi qədər vergi ödəyib, baxmayaraq ki, bu cəmiyyətin adı hələ də iri vergi ödəyicilərinin siyahısında gedir".
Qaynar.info
Şərhlər