Xəbər lenti

"Allah eləməsin, əgər bu baş verərsə..."
Siyasət 20:01 28.05.2013

"Allah eləməsin, əgər bu baş verərsə..."

İsrailin müdafiə naziri Rusiyanın Suriyaya S-300 raket komplekslərini göndərə biləcəyindən ehtiyat edir

Silah embarqosu ortadan qaldırılmasına etiraz olaraq Rusiya Suriyaya S-300 raket komplekslərini göndərəcək. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Avropa Birliyinin bu qərarı bölgədə sülh prosesinə mənfi təsir göstərəcək. Onun sözlərinə görə, Rusiyanın Suriyaya S-300-ü verməkdə məqsədi bölgədə sabitliyi təmin etməkdir.

İsrail müdafiə naziri Moşe Yalon isə qeyd edib ki, Rusiya S-300 raketlərini Suriyaya təhvil verməyib: "Allah eləməsin, əgər bu baş verərsə o, zaman İsrail nə edəcəyini yaxşı bilir”.

Rusiyanın NATO-dakı nümayəndəsi Aleksandr Qruşko da Moskvanın beynəlxalq hüquq normalarına uyğun addım atdığını deyərək əlavə edib ki, Rusiya Suriyada tarazlığı dəyişə biləcək addım atmır, bunlar müdafiə silahlarıdır.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->