Xəbər lenti

"Barıt çəlləyi partlayandan sonra hamı duruma nəzarəti itirəcək"
Dünya 23:35 02.09.2013

"Barıt çəlləyi partlayandan sonra hamı duruma nəzarəti itirəcək"

“Suriyaya zərbənin endirilməsi ekstremizmin yayılmasına gətirib çıxaracaq. Həmçinin bu, Yaxın Şərqdə genişmiqyaslı müharibəyə səbəb ola bilər”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu “Fiqaro” qəzetinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd deyib.

“Yaxın Şərq alovun yaxınlaşdığı barıt çəlləyinə bənzəyir”, - deyə o vurğulayıb.

Kənardan hərbi müdaxilənin olacağı halda Suriyanın cavabına gəldikdə isə Əsəd bunun baş verəcəyi təqdirdə müharibənin bütövlükdə bir bölgəni əhatə edəcəyini deyib: “Heç kim bilmir nə baş verəcək. Barıt çəlləyi partlayandan sonra hamı duruma nəzarəti itirəcək. Xaos və ekstremizm yayılacaq”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->