Xəbər lenti

"Dövlətlə adi qurumun çox böyük fərqi var" -Ziyafət Əsgərov
Siyasət 11:47 16.04.2013

"Dövlətlə adi qurumun çox böyük fərqi var" -Ziyafət Əsgərov

“Ermənistan bir-iki ildən sonra dövlət atributlarından məhrum olacaq, adi quruma çevriləcək”

“Erməni lobbisinin ABŞ-ın bir sıra ştatlarında Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıtdırmaq cəhdlərinin heç bir mənası yoxdur”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfərini şərh edərkən deyib.

Onun fikrincə, erməni lobbisi bu yolla Dağlıq Qarabağ münaqişəsinin həllinə zərbə vurmaq istəyir: “Təəssüf edirəm ki, onlar məsələnin uzadılması baxımından buna müəyyən qədər də nail olurlar.  Amma hər bir halda Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.

Z.Əsgərov qeyd edib ki, nizamlama prosesinin ləngiməsi həm də Ermənistanın ziyanınadır: “Çünki Ermənistan günü-gündən müflisləşən, tükənməkdə olan bir ölkədir. Ermənistanda əhali resursu demək olar ki, cüzi miqdarda qalıb. Azərbaycan gündən-günə inkişaf edir, beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib, Ermənistan isə bütün layihələrdən kənarda qalıb. İşğalçı ölkə bütün regional tədbirlərdə iştirakdan məhrum olub. Ona görə Ermənistan fikirləşməlidir. Orada ağıllı bir adam qalıbsa, düşünməlidir ki, bir-iki ildən sonra Ermənistanı nə gözləyir. Bizim analitik nəticələrimiz göstərir ki, bir-iki ildən sonra Ermənistan dövlət atributlarından məhrum olacaq, sadəcə, bir qurum səviyyəsində fəaliyyət göstərəcək. Dövlətlə adi qurumun isə çox böyük fərqi var. Belə olan təqdirdə, Ermənistan Azərbaycanın qarşısında duruş gətirə bilməyəcək”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->