Xəbər lenti

"Gəlin, maşınlarınızı aparın" - DYP xəbərdarlıq etdi
Ölkə 15:43 03.11.2016

"Gəlin, maşınlarınızı aparın" - DYP xəbərdarlıq etdi

“Cərimə meydançalarında sahibi tərəfindən illərdir atılmış və ya qəzalı vəziyyətdə olan xeyli avtomobil var. Onların bir qismi yararlı olsa da, digərləri yararsızdır”.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev deyib. Onun sözlərinə görə, bununla bağlı DYP tərəfindən onların sahiblərinə dəfələrlə müraciət olunmasına və rəsmi bildirişlərin göndərilməsinə baxmayaraq, həmin avtomobillər sahibləri tərəfindən hələ də duracaqlardan götürülmür: “Həmin avtomobillərə görə duracaqlarda sıxlıq yaranır və bu da nəqliyyat vasitələrinin duracaqlara yerləşdirilməsində problemlər yaradır. Xəbərdarlıq etmişik ki, kimin avtomobili yararlıdırsa, gəlib götürə bilər. Yararsız avtomobil sahiblərinə isə ərizə forması verilir ki, əgər onlara bu avtomobil lazım deyilsə ondan imtina barədə ərizə formasını doldurusunlar. 

Bundan sonra onlar əlavə xərc çəkmədin, maşını harasa aparmadan dövlət tərəfindən həmin avtomobillər çıxdaş ediləcək və “metallom”a təhvil veriləcək. Amma sahiblərində avtomobilin dövlət qeydiyyat nişanları, texniki pasportu varsa, onları təhvil verməlidirlər və ərizədə göstərməlidirlər ki, avtomobil onların adından çıxsın və çıxdaş edilərək “metallom”a təhvil verilsinlər”.

DYP rəisi əlavə edib ki, cərimə meydançasında elə avtomobillər var ki, uzun illərdir hansısa qəzadan sonra qalıb və hətta təhvil-təslim aktı belə yoxdur: “Artıq o maşınların ehtiyyat hissələri də yararsız vəziyyətə düşüb. Ona görə, kimsə gəlib avtomobili götürməsə və çıxdaş edilməsi üçün müraciət etməsə, artıq həmin avtomobillərin sahibləri ilə bağlı məhkəmə orqanlarına müraciət ediləcək ki, müvafiq tədbir görülsün və qərar qəbul edilsin.

Bəzi avtomobil sahibləri həmin nəqliyyat vasitələrini aparıb öz həyətində saxlamağı təmin edə bilərlər. Tarif Şurasının qərarına əsasən, cərimə meydançasında minik avtomobillərinin bir günlük saxlanma xərci 1 manatdır. Lakin Dövlət Yol Polisi həmin avtomobilləri öz sahiblərinə verilməsini pulsuz təmin edəcək. Qəzalı və yararsız avtomobillərin cərimə meydançalarında qalmasına görə heç bir ödəniş tələb olunmur. Ona görə də, kimə lazımdırsa gəlib götürsün. Lazım deyilsə, ərizə yazsın ki, imtina edirəm və nömrələri və qeydiyyat şəhadətnaməsini təhvil versin”.(azvision.az)

Qaynarinfo.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->