Xəbər lenti

Fərqli fəlakətlərin eyni sirri: Bir ildə müxtəlif ölkələrdən dörd sualtı qayıq yoxa çıxdı
Dünya 09:00 05.08.2025

Fərqli fəlakətlərin eyni sirri: Bir ildə müxtəlif ölkələrdən dörd sualtı qayıq yoxa çıxdı

1968-ci il dənizaltı tarixi üçün qara il olub. Bir neçə ay ərzində ABŞ, SSRİ, Fransa və İsrailə məxsus dörd müasir sualtı qayıq heç bir xəbərdarlıq olmadan yoxa çıxıb. "Scorpion", "K-129", "Minerve" və "INS Dakar" adları XX əsrin ən böyük dəniz sirləri arasında yer alıb. 

Qaynarinfo "Wion"a istinadın xəbər verir ki, bu dörd fəlakətə bu günə qədər birmənalı izah verilməyib.

Bütün dörd sualtı qayıq texniki cəhətdən mükəmməl hesab olunurdu. Onların heç biri hadisədən öncə təhlükə siqnalı verməyib və heç bir ölkə aydın cavab təqdim edə bilməyib: nə baş verdi?

SSRİ-nin "K-129" sualtı qayığı: Dərinlik, raketlər və fərziyyələr

1968-ci ilin martında SSRİ-yə məxsus dizel-elektrik sualtı qayığı "K-129" rabitəni itirib. Göyərtədə nüvə silahları olub. Sonuncu ötürmə adi bir əməliyyat barə imiş. Bir neçə həftə sonra ABŞ qayıq qalıqlarını Sakit okeanın beş kilometr dərinliyində aşkar edib. Fəlakətin səbəbləri - Daxili partlayışdan tutmuş, ABŞ sualtı qayığı ilə toqquşma ehtimalınadək müxtəlif fərziyyələr irəli sürülüb.

Fransanın "Minerve" qayığı: Cəmi bir neçə dəqiqəyə itki

"K-129"un yoxa çıxmasından iki gün sonra Aralıq dənizində Fransa Hərbi Dəniz Qüvvələrinin "Minerve" sualtı qayığı yoxa çıxıb. Göyərtədə 52 dənizçi olub. Sonuncu siqnal – bazaya qayıtmaqla bağlıdır. Axtarışlar on illərlə davam edib və yalnız 2019-cu ildə Fransa donanması qalıqları tapıb. Xilas ümidsiz idi.

İsrailin "INS Dakar" qayığı: Aralıq dənizinin ruhu

İsrailin "INS Dakar" sualtı qayığı həmin ilin yanvarında yoxa çıxıb. Əvvəllər Britaniyaya məxsus olan və yeni İsrailə təhvil verilmiş bu gəmi sonuncu dəfə 24 yanvarda əlaqə saxlamışdı. Onun qalıqları ancaq 1999-cu ildə tapıldı. Hadisənin səbəbləri bu günə qədər bəlli deyil.

ABŞ-ın "USS Scorpion" qayığı: Ən çox səs-küy doğuran itki

1968-ci ilin mayında ABŞ-ın nüvə reaktorlu və silahlarla təchiz olunmuş atom sualtı qayığı "USS Scorpion" bazaya qayıtmayıb. Göyərtəsində 99 nəfər heyət üzvü poıub. Onun qalıqları Azor adaları yaxınlığında, 3 kilometr dərinlikdə tapılıb. Fəlakətin səbəbi kimi torpedanın partlaması və ya "məxfi hadisə" göstərilir. Rəsmi hesabat bu günə qədər məxfi saxlanılır.

Təsadüfi oxşarlıqlar, yoxsa gizli müharibə?

Dörd ölkə, dörd müasir sualtı gəmi, eyni aqibət... Bu hadisələr sadəcə bir sıra təsadüfi qəzalar idimi? Yoxsa dalğaların altında gizli bölmələrin apardığı görünməyən müharibənin izləri? Bəzi ekspertlər bu hadisələri bir-biri ilə əlaqəsiz faciələr kimi görür, digərləri isə bunları gizli hərbi toqquşmalar və ya uğursuz əməliyyatların nəticəsi kimi qiymətləndirir.

Üstündən yarım əsrdən çox keçib. Amma okean hələ də sirrlərinin hamısını açmayıb. 1968-ci ilin dörd fəlakəti insanlığın sualtı tarixində ən qorxulu və ən müəmmalı səhifələrdən biri olaraq qalır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->