Xəbər lenti

ABŞ konqresmeni: Tezliklə Azərbaycan və Ermənistan...
Siyasət 09:52 05.08.2025

ABŞ konqresmeni: Tezliklə Azərbaycan və Ermənistan...

Donald Tramp Sülh üzrə Nobel mükafatına layiqdir.

Qaynarinfo Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasından olan ABŞ-li konqresmen Co Vilson "X” sosial şəbəkə hesabında yazıb.

"Tramp qədər sülhə xidmət edən başqa prezident olmayıb.

- Konqo və Ruanda
- Tailand və Kamboca
- Pakistan və Hindistan
- Tezliklə Azərbaycan və Ermənistan!”, deyə paylaşımda qeyd edilir.

Qeyd edək ki, daha əvvəl ABŞ-də yaşayan azərbaycanlı jurnalist Alex (Ələkbər) Raufoğlu öz "X" hesabında etdiyi paylaşımda Bakı və İrəvanın Vaşinqtonda sülh sazişi imzalama niyyətini bu həftə elan edə biləcəyini yazıb.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın bu cümə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edəcəyi gözlənilir.

Sorğu

--> -->