Xəbər lenti

"Halal" komissiya ilk yoxlamalarını keçirdi
Ekonomiks 13:18 23.07.2014

"Halal" komissiya ilk yoxlamalarını keçirdi


"Halal" qidalarla bağlı Standartlaşdırma, Metrologiya və Patent Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında razılaşma əldə olunub".

Bunu Aktual.az-a Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli, Qafqaz Müsəlmanları İdarəsi nəzdində “Halal” kəsimə nəzarət etmək məqsədi ilə yaradılan komissiyanın fəaliyyəti barəsində danışarkən deyib.

Komissiya üzvünün sözlərinə görə, QMİ-nin rəyindən sonra Standartlaşdırma, Metrologiya və Patent Komitəsi "Halallıq" sertifikatını verəcək: "Rəsmi olaraq, iki aydır fəaliyyətə başlamışıq və tərəfimizdən bir neçə müəssisədə yoxlamalar aparılıb".
 
Yoxlamaların nəticəsi haqqında, konkret olaraq, məlumat verə bilməyəcəyini deyən komissiya üzvü artıq Azərbaycanın bölgələrində - Şabranda (“Səba broiler”), Siyəzəndə (“Siyəzən broiler”) və Lerikdə yoxlamaların aparıldığını bildirdi:
"Apardığımız monitorinqin nəticəsi ictimaiyyətə açıqlandıqdan sonra "hallallıq" sertifikatına uyğun digər sahələrdə də yoxlamalar aparılacaq. Hələlik, ilkin olaraq, broyler müəssisələrində yoxlamamızı davam etdiririk".

Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent Komitəsindən onlara müraciət edən şirkətlərə “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikat veriləcək. Dövlət Komitəsi tərəfindən, həmçinin, “Halal” standartına uyğun məhsullar istehsal etməyən, bu standarta uyğun məhsullar istehsal etməyə şəraiti olmayan, standartın alınması ilə bağlı Komitəyə müraciət etməyən və üzərində, əsassız olaraq, “halal” sözü yazan şirkətlərə və istehsalçılara qarşı reydlər aparılacaq.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->