"Həkim ona bahalı dərmanlar yazıb və bunlar Azərbaycanda yoxdur. Çıxılmaz vəziyyət yaranıb. Bu vəziyyətdən çıxış yollarını axtarırıq.
Martın 12-də alman həkim Kristian Vitt hüquq müdafiəçisi Leyla Yunusun səhhətini növbəti dəfə müayinə edib. Bu barədə "Turan İA"-a onun vəkili Elçin Qəmbərov bildirib.
“Müayinə zamanı həkim Leyla Yunusa dedi ki, Almaniyada yoxlanılan qaz analizinin nəticələri göstərib ki, qanda aşkar edilən hepatit C təhlükəli xarakter alır. Bu, birmənalı olaraq qara ciyərin dağılmasına aparır. Həkim ona bahalı dərmanlar yazıb və bunlar Azərbaycanda yoxdur. Çıxılmaz vəziyyət yaranıb. Bu vəziyyətdən çıxış yollarını axtarırıq”, - E.Qəmbərov bildirib.
Penitensiar Xidmətdə şərh verməkdən imtina edərək Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət olunmasını tövsiyə ediblər. Lakin bu idarədən də şərh almaq mümkün olmayıb.
Həkim Vitt bundan əvvəl iki dəfə - dekabrın sonlarında və yanvarda L.Yunusun müayinəsində iştirak edib.
L.Yunus 2014-cü il iyulun 30-da həbs olunub. O, dövlətə xəyanət və iqtisadi cinayətlərin törədilməsində ittiham olunur. Onun həyat yoldaşı Arif Yunus 2014-cü il avqustun 5-də dövlətə xəyanə ittihamı ilə həbs olunub.
Amnesty International onları “vicdan məhbusları” kimi tanıyıb.
Qaynar.info
Şərhlər